Fast-food adı altında müxtəlif yemək növləri birləşir: burada burger, kartof qızartması, şaurma, dönər və s. aiddir. Bu qidaların həmişə xeyrindən çox zərərləri barədə danışırlar.
Belə qidalar şəkər və yağın çox olması səbəbindən yüksək kalorili olur. Eyni zamanda, onlar pəhriz lifi, protein, vitaminlər, minerallar və digər vacib qida maddələrindən kasaddır.
“Medicina” xəbər verir ki, qastroenteroloq Natalya Naumovnanın sözlərinə görə, mədəmizə daxil olan istənilən qida mexaniki üyüdülmə, qarışdırma və dezinfeksiyadan keçir. Şəkər, spirt, su, duzun udulması mədədə baş verir. Mədə qida növündən asılı olmayaraq, öz funksiyalarının öhdəsindən gəlir. Qida komponentlərinin əsas udulması: zülallar, yağlar və karbohidratlar nazik bağırsaqda baş verir.
O zaman niyə fast food yedikdən sonra ağırlıq, diskomfort və ürəkbulanma hiss edə bilərik?
“Burada reseptorların həssaslığının və mədənin sinir uclarının pozulmasından danışırıq, həkimlər bunu "dispepsiya" adlandırır. Dispepsiyanın səbəbini aydınlaşdırmaq üçün bir qastroenteroloqla əlaqə saxlamağa dəyər.
Eyni zamanda, qastritfast food istifadəsindən baş vermir. Bu xəstəliklərin başqa səbəbləri də var.
Sadəcə düşünməyin ki, hamburger və kartof qızartması səhər yeməyi, nahar və şam yeməyində rahatlıqla yeyilə bilər.
Bu növ qidaların mədəyə zərər verməməsinə baxmayaraq, çoxlu miqdarda sadə karbohidrat və yağların tez-tez qəbulu qaraciyərdə piylənmə, öd daşı xəstəliyi, qəbizliyin, piylənmənin (yağ xəstəliyinin birinci mərhələsi) inkişafına səbəb olur. Öz növbəsində, piylənmə diabet, qan damarlarının aterosklerozu, ürək və oynaqların xəstəliklərinin inkişaf riskidir”.
Günay Quluzadə