Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Niyə çox yaxşı insanlar həyatda uduzur?- Hamı üçün yaxşı olmağa çalışma

  • 2020.03.05 20:50
  • 7128 Baxış
Niyə çox yaxşı insanlar həyatda uduzur? - Hamı üçün yaxşı olmağa çalışma

“Yaxşı ol, çalış yaxşı ol, mədəni ol, kobudluq etmə” - uşaqlıqdan evdə və məktəbdə eşitdiyiniz, qulağımızda sırğa etdiyimiz sözlərdir?

Düzdür, hamı yaxşı ola bilmir, amma yaxşılar da az deyil.

Bəs hamını razı salmağa çalışan, yaxşı olmaq üçün çarpışan, özündən belə imtina edən bir şəxs kənardan necə görünür, kimdir o?

- O, heç kəsin xahişini yerə salmaq istəmir
- Yox deyə bilmir, hamını necə olursa olsun razı salmağa çalışır
- Həqiqəti gizlədir

- Özünün yaxşı bir insan olduğuna əmin deyil, sanki həmişə nədəsə geri qaldığını düşünür
- Xarici görünüşü bir qədər yorğun və əzablı görünür
- Vaxtının çoxunu doğmaları və özgələrə xərcləyir
- Öz istəklərini dilə gətirmir, fikrində konkret deyil

Oxuduqca, xoşagəlməz mənzərə yaranır deyilmi? Ürəyi sıxılır insanın.
Çox yaxşı, lap yaxşı, hamı üçün yaxşı adamların da ürəyi belə sıxılır. Büruzə verməsələr də.


Bütün dünya filosofları əvvəldə olmasa da, sonda belə fikrə gəlirlər:
Hamı üçün yaxşı olmaq mümkün deyil, buna çalışma.

Həddən artıq yaxşı insan olmaq insanın həyatı, sağlamlığı, psixologiyası, keçmişi və gələcəyi üçün çox zərərlidir.

- Yaxşı insanı tez unudurlar, çünki yaxşılıq yadda qalmır.
- Yaxşı insanı kütlə arasında, nəsildə, evdə diqqətdə saxlamırlar
- Yaxşı insan bir tələbini, istəyini dilə gətirəndə, etirazını bildirəndə onu ciddiyə almırlar – Heç nə olmaz, o inciyən deyil onsuz da
- Yaxşı insanın xətrinə dəyməmək üçün heç kim çalışmır
- Yaxşı insan çətin məqamda birinci qurban verilir

Yaxşı insanlar özlərinə və ətrafa qarşı açıq və dürüst olmur.Niyə?

Məsələn, restoranda xoşu gəlmədiyi bir səhv, dadsız yemək, osifiantın kobudluğuna qarşı icində üsyan olsa da, kobudluq və mərdimazarlıq etməmək, qəlb qırmamaq, səs-küy salmamaq, kiminsə rahatlığını pozmamaq üçün sözünü deməz, əksinə hər şey yaxşı idi deyib təşəkkür edər.

Bununla o, insan və müştəri kimi haqqını qurban verdi. Bəs qarşındakı bunu bildimi? Xeyr.

Restoran, işçi, aşpaz, ofisiant müştəriyə qarşı yanlışlıq etdiyini də bilməyəcək və sizdən sonrakılara da eyni səhvi edəcək. Çünki yaxşı adam onun səhvlərini gizlətdi.



Çox yaxşı adam əslində zəifdir!

Ola bilər ətrafı onu güclü görsün, amma o özü şəxsiyyətində zəifdir. Çünki özünə qarşı dürüstlüyü itirib.
Nəyə görə kobud oğlanları sevirlər, nəyə görə həyasız qızların hər istədiyini edirlər?

Çünki kobud oğlanlara daha çox güvənirlər, yeri gələndə sözünü, mövqeyini gizlətmir, əsəbi vaxtı ilə, razı vaxtı eyni dərəcədə üzdədir. Onlar hamıya yaxşı olum deyə sevgisini, özünü, ailəsini qurban verməyəcək.

Yaxşı olmaq uğurlu olmaq deyil.

İşdə, biznesdə, siyasətdə uğurlu şəxsiyyət ucdantutma hamıya mələk kimi davranan insan hesab edilmir. Öz tələbini, istəyini, fikrini, etirazını normal tərzdə formalaşdırıb çatdırıb, bununla ümumi mənafeyi xilas edənə hörmət edilir.

Hər kəs üçün birinci yerdə öz şəxsi sərhədi, karyerası, sağlamlığı, ailəsi, arzuları durur. Onları qorumaq insanın özünün borcudu. Özünü qurban vermək bir çox həyat məsələlərində geri qalmaq deməkdir.

Əgər bir gün əgər o dünyaya inanırsızsa, həyata keçməyən arzularınızı, insanlardan umu-küsünüzü, qədir qiymətinizin bilinmədiyini, yaxşılıq etsəz də sonda heç nəsiz qaldığınızı Tanrının qarşısında deyib şikayət etsəz, məncə ondan da bu cavabı alacaqsız.

Axı kim dedi ki, özünü qurban ver.. Çox yaxşı olmaq lazım deyildi. Sadəcə pislik etmə, mərhəmətli ol yetər.

Aygün Aydın
Psixology - kouçinq