Bir müddətdir koronavirusa yoluxmuş tanınmış həkim Niyazi Eminov artıq sağalıb.
Medicina.az xəbər verir ki, həkim müalicə aldığı Gömrük Hospitalından bu gün evə buraxılır.
Qeyd edək ki, N. Eminov səhhəti ilə bağlı sentyabrın 20-də “Yeni Klinika”dan Mərkəzi Gömrük Hospitalına köçürülüb. Onun ağciyərlərində 90 faizədək buzlaşmanın müşahidə olunduğu bildirilirdi. Bu günlərdə isə süni tənəffüs aparatından ayrılıb.