Döş sümüyünün diskomfort hissi ilə xarakterizə olunan klinik sindromu eləcə də digər ürək xəstəliklərinin müalicəsində nitroqliserin kimi bir dərman təyin edilir.
“Medicina” xəbər verir ki, kardioloq Yuriy Konayevin sözlərinə görə, bu preparatı özbaşına içmək qadağandır. Mütləq həkim məsləhəti lazımdır.
“Bu vasitənin qəbulu belə ağrıları azaltmağın ən təsirli sürətli üsuludur.
Qəbul edildikdə, qan damarları genişlənir və qan axını yaxşılaşır, bu da ağrıları azaltmağa kömək edir.
Eyni zamanda, döş qəfəsində diskomfort və ağrıların baş verməsi halında həkimlərin məsləhətləşməsinin zəruri olduğunu başa düşməlisiz.
Sinə bölgəsində xoşagəlməz hisslər həmişə ürəyin patologiyası olduğunu ifadə etmir. Ancaq ürək problemləri baş verərsə, onları vaxtında müəyyənləşdirmək və müalicə etmək lazımdır. Özbaşına müalicə ağır fəsadlara səbəb ola bilər”.
Günay Quluzadə