Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Nitqimi bitirənə qədər 200 milyon insan koronavirusdan öləcək" - Bayden

  • 2020.09.22 11:13
  • 2759 Baxış
"Nitqimi bitirənə qədər 200 milyon insan koronavirusdan öləcək"  - Bayden

Demokratların prezidentliyə namizədi Co Bayden nitqini bitirənə qədər 200 milyon insanın koronavirusun qurbanı olacağını bəyan edib.

Medicina.az "RİA Novosti"yə istinadla xəbər verir ki, C.Bayden bu barədə seçiciləri qarşında çıxış edərkən söyləyib.

"Hesablamalara görə, mən bu söhbətimi yekunlaşdırana qədər 200 milyon insanın koronavirusdan öləcəyi təxmin edilir”, - deyə C.Bayden qeyd edib.

Ehtimal olunur ki, C.Bayden bu günə qədər ABŞ-da COVID-19-dan ölən təxminən 200 min koronavirus xəstəsini nəzərdə tutub.

Qeyd edək ki, son rəqəmlərə əsasən, Birləşmiş Ştatlarda 204 118 xəstə pandemiyanın qurbanı olub.