Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Nisə Qasımova insult keçirib

  • 2023.02.11 17:44
  • 2287 Baxış
Nisə Qasımova insult keçirib


Xalq artisti Nisə Qasımova insult keçirib.

Bakupost.az -ın məlumatına görə, hadisə iki həftə əvvəl baş verib.

İnsult nəticəsində sənətçinin dilinin tutulduğu deyilir.

Məlumata görə, hazırda ciddi müalicə altında olan Xalq artistinin səhhətində müəyyən irəliləyiş var.

Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən ifaçının köməkçisi Nailə Məmmədli onun səhhətinin normal olduğunu deyib:

"Nisə xanımın instaqramdakı səhifəsində də axşam səhhəti ilə bağlı açıqlama veriləcək".

Qeyd edək ki, Nisə Qasımova bir neçə il əvvəl bədxassəli şiş səbəbindən əməliyyat olunmuşdu. Eyni zamanda əməliyyatdan sonra yıxılan ifaçının ayaqları zədələnmişdi.