Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Nine Senses” beynəlxalq mənəvi və fiziki təcrübələr festivalı başa çatıb - FOTO

  • 2023.10.09 22:28
  • 1253 Baxış
“Nine Senses” beynəlxalq mənəvi və fiziki təcrübələr festivalı başa çatıb - FOTO
“Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzinin ANSA təhsil platforması ilə birgə keçirdiyi festival möhtəşəm konsert proqramı ilə yekunlaşıb.

Medicina.az xəbər verir ki, Azərbaycanda ilk dəfə keçirilən “Nine Senses” festivalı yaddaşlarda silinməz iz qoyub.

“Nine Senses” beynəlxalq mənəvi və fiziki təcrübələr festivalı Heydər Əliyev Fondunun vitse-prezidenti, “Nine Senses” incəsənət mərkəzinin təsisçisi Leyla Əliyevanın dəstəyi ilə təşkil olunub.

Üç gün davam edən festivalda yoqanın müxtəlif sahələri: kriya, kundalini, hatha, nidra, bədii yoqa, meditasiya təcrübələri, bədənyönümlü təcrübələr, rəqs məşqləri, saund-hilinq, stretçinq və gimnastika, tsiqun, terapevtik ustad dərsləri, art-terapiya, terapevtik qrup məşqləri və qrup sağlamlıq və həyat kouçluğu təlimləri keçirilib.

Tədbirdə dörd “hedlayner” ilə yanaşı, Azərbaycanın, həmçinin dünyanın ən peşəkar mütəxəssislərinin ustad dərsləri də keçirilib.

Festival iştirakçıları təlimlərdə iştirak edərək faydalı məlumatlar əldə ediblər.

İştirakçılar “ANSA” təhsil platforması ilə birgə təşkil edilmiş ilk “Nine Senses Fest” beynəlxalq festivaldan məmnunluqlarını bildiriblər.

Festival “Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzində “Theatre in the Dark” adlı tamaşa, “Event Hall Seabreeze”də isə musiqi proqramı ilə başa çatıb.