Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Nikaha girmək istəyən 280 cütlükdə xəstəlik aşkarlandı

  • 2018.04.05 15:46
  • 11649 Baxış
Nikaha girmək istəyən 280 cütlükdə xəstəlik aşkarlandı
Mart ayı ərzində nikaha daxil olmaq istəyən 9581 cütlük tibbi müayinədən keçib, onlardan 279 nəfərdə müxtəlif xəstəlik və daşıyıcılıq aşkarlanıb.


Medicina.az xəbər verir ki, bu barədə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib.


Onun sözlərinə görə, müayinədən keçən 5 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkarlanıb.


"Müayinədən keçən 240 nəfərdə talassemiya daşıyıcılığı, 19 nəfərdə QİÇS, 20 nəfərdə siflis aşkar olunub. Hər ikisində talassemiya daşıyıcılığı aşkarlanan cütlüklərə ailə quracaqları halda hamiləlik zamanı perenatal müayinə üçün müraciət olunması tövsiyə edilir”.


Z.Əlimirzəyeva bildirib ki, prenatal müayinə zamanı xəstəlik aşkarlanan uşaqların hamısı tibbi abort olunub:


"Hər bir ailə ilə fərdi qaydada söhbətlər aparılıb. Onlara xəstə uşaqların dünyaya gətirilməsi problemləri izah edilib. Nikahları bu müayinələrin icbari olmasından əvvəlki dövrdə baş tutan ailələr də 2-ci, 3-cü uşaqlarının xəstə və ya daşıyıcı olub-olmammasını pulsuz müayinə etdirə bilərlər. Biz həmin ailələri Respublika Prenatal Mərkəzə yönləndiririk. Dölyanı mayenin dəqiq müayinəsi aparılır”.(Publika.az)