Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Evlənmək istəyən 21 nəfərdə QİÇS aşkarlandı

  • 2021.03.09 10:33
  • 1276 Baxış
Evlənmək istəyən 21 nəfərdə QİÇS aşkarlandı

Azərbaycanda fevral ayı ərzində nikaha daxil olmaq istəyən 9 676 nəfər müayinədən keçib.

Medicina.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, müayinədən keçənlərdən 373 nəfərdə talassemiya daşıyıcılığı, 97 nəfərdə sifilis, 21 şəxsdə isə QİÇS aşkarlanıb.

Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 7 olub.

Qeyd edək ki, 2015-ci ildən indiyədək 720 897 nəfərin qan müayinəsi aparılıb. 25 073 cütlükdən birində talassemiya daşıyıcılığı, 293 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 2 802 nəfərdə sifilis, 740 nəfərdə HİV(QİÇS) qeydə alınıb".