Nigeriyanın Kebbi əyalətində vəba epidemiyasından həyatını itirənlərin sayı 146 nəfərə yüksəlib.
Medicina.az xəbər verir ki, Sir Yahaya Memorial Xəstəxanasının Baş katibi Aminu Bunza epidemiya ilə bağlı açıqlama verib.
Qeyd edib ki, Kebbi əyalətinin Sakaba bölgəsində ilk vəba hadisəsi qeydə alındıqdan sonra epidemiya 20 əyalətə yayılıb.
Bunzanın məlumatına görə Kebbi əyalətində 2028 nəfərə vəba diaqnozu qoyulub. Xəstəlikdən ölənlərin sayı isə 146 nəfərə çatıb.
Hökumətin epidemiyadan zərər çəkmiş bölgələrə təcili dərman və tibbi ləvazimat göndərdiyini ifadə edən Baş katib, bölgə əhalisini epidemiyaya qarşı tədbirli olmağa çağırıb. Səhiyyə işçilərini, şübhəli hallara ev xidməti göstərmələri, vəziyyəti ən yaxın səhiyyə təşkilatına bildirmələri barədə xəbərdarlıq edib.