Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Nigeriyada Lassa qızdırmasından 3 ayda 86 nəfər ölüb

  • 2022.03.16 16:02
  • 1194 Baxış
 Nigeriyada Lassa qızdırmasından 3 ayda  86 nəfər ölüb

Nigeriyanın Xəstəliklərə nəzarət mərkəzinin məlumatına görə, 2022-ci ilin əvvəlindən bu günə kimi 86 nəfər Lassan ölüb.

Bakupost.az xəbər verir ki, təkcə fevral ayında ölkədə 21 nəfər bu qızdırmadan həyatını itirib.

Bu ölkədə 2021-ci ildə 80-dən artıq insan qızdırmanın qurbanı olub.

Lassa qızdırması infeksion virus xəstəliyi olub, hemorragik qızdırmalar qrupuna aiddir.
Bu xəstəlik Ebola virusuna çox bənzərdir.

Hər il Afrika ərazisində 500 min insan bu qızdırmaya yoluxur.

Oyadıcıları siçanlar, gəmiricilərdir.

İnsana infeksiyalı siçanların təmas etdiyi qida və məişət vasitələri ilə keçib.


Aygün M
BakuPost