Nigeriyanın Kaduna əyalətində diaqnozu qoyulmamış xəstəlik səbəbində 5 nəfər ölüb.
Medicina.az xarici KİV-ə istinadən xəbər verir ki, 10 nəfər xəstəxanada müalicə olunub.
Kaduna əyalətindəki "Ser Patrick Yakowa" xəstəxanasının nümayəndəsi Ezra Coşua bildirib ki, həyatını itirən şəxslərin ölüm səbəbi ilə bağlı araşdırmalar davam edir.
Bildirilib ki, xəstəxanaya gətirilənlərdən bəzilərində öskürək və qusma halları müşahidə olunur.