Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Niftulla Məmmədlinin xanımı vəfat etdi - Yeni ana olmuşdu

  • 2025.01.10 12:03
  • 489 Baxış
Niftulla Məmmədlinin xanımı vəfat etdi -  Yeni ana olmuşdu
"Azərişıq” ASC-nin Mətbuat xidmətinin əməkdaşı Niftulla Məmmədliyə ağır itki üz verib.

Medicina.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, N.Məmmədlinin həyat yoldaşı 24 yaşlı Günel Məmmədli bu gün səhər saatlarında dünyasını dəyişib.

Belə ki, ötən ilin 24 dekabr tarixində qız övladı dünyaya gətirən G.Məmmədlinin səhhəti pisləşdiyi üçün Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.


Mərkəzi Neftçilər Xəstəxanasından bildirilib ki, qeysəriyyə əməliyyatı özəl klinikalardan birində icra olunub. G. Məmmədli bu gün adıçəkilən xəstəxanaya gətirilərək reanimasiyaya yerləşdirilmişdi.

Qeyd edək ki, Niftulla Məmmədli daha əvvəl AzTV-də jurnalist kimi çalışıb.