Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Neyroşəbəkələr insanları sürətlə axmağa çevirir - "Microsoft"

  • 2025.04.11 19:25
  • 214 Baxış
Neyroşəbəkələr insanları sürətlə axmağa çevirir  - "Microsoft"


Microsoft: 40% hallarda istifadəçilər neyron şəbəkələrinə kor-koranə etibar edirlər.

“Medicina” xəbər verir ki, “Microsoft” texnologiya korporasiyası və Karnegi Mellon Universitetinin amerikalı alimləri narahatedici tendensiya müəyyən ediblər: generativ süni intellektin (AI) aktiv istifadəsi tənqidi düşüncəni və müstəqil problem həll etmə bacarıqlarını zəiflədə bilər.


Nəticələr biznes, təhsil və İT sektorlarından olan 319 bilik işçisi arasında keçirilən sorğuya əsaslanır. Nəticələr göstərdi ki, 40% hallarda süni intellekt alətləri tənqidi təhlil edilmədən tamamilə neyron şəbəkənin nəticələrinə əsaslanaraq istifadə edilib.

Bu tendensiya, istifadəçilərin öz mühakimələri əvəzinə neyrointelektə kor-koranə etibar etməklə gündəlik tapşırıqları yerinə yetirərkən xüsusilə aydın oldu.


“Avtomatlaşdırmanın böyük zərəri ondan ibarətdir ki, gündəlik işləri həyatımızdan çıxarmaqla bizi öz mühakimələrimizi həyata keçirmək imkanından məhrum edir”.

Alimləri ən çox gənc nəsil narahat edirdi. Məsələn, tələbələr müstəqil təhlildən qaçaraq tapşırıq və esse yazmaq üçün süni intellektdən fəal istifadə edirlər. Onların arasında "Google effekti" adlandırılan neyron şəbəkələrindən asılılıq formalaşır. Bu isə beynin müxtəlif qabiliyyətlərini və neyron şəbəkəsini zəiflədir.

Tədqiqatçılar süni intellektdən istifadəyə şüurlu yanaşmağın, avtomatlaşdırma ilə problemin müstəqil həlli arasında tarazlığın qorunmasının, mütəmadi olaraq tənqidi təfəkkürün məşq edilməsinin və təhsil proseslərinə əyani diqqət yetirilməsinin vacibliyini vurğulayıb.


Aygün Musayeva