Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Neyrocərrahiyyənin baş həkimi istefa verdi

  • 2022.06.16 16:04
  • 2319 Baxış
Neyrocərrahiyyənin baş həkimi istefa verdi


Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Fərid Təqdirov vəzifəsindən ayrılıb.

Bakupost.az xəbər verir ki, bu barədə o, öz feysbuk səhifəsində məlumat verib.

F. Təqdirov qeyd edib ki, bundan sonra praktik cərrahiyyə ilə məşğul olacaq: “İki ilə yaxın Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi vəzifəsində çalışdım.

Bu şans və etimad üçün bütün TƏBİB və İTSDA rəhbərliyinə təşəkkürümü bildirirəm. Artıq daha çox praktik cərrahiyyə ilə məşğul olmaq üçün istefa verdim. Neyrocərrahiyyə Xəstəxanasının kollektivinə uğurlar arzulayıram və mənimlə bu müddət işlədiklərinə görə minnətdarlığımı bildirirəm”.


Xatırladaq ki, F. Təqdirov 2020-ci ilin oktyabrında TƏBİB-in İdarə Heyətinin sabiq sədri Ramin Bayramlının əmri ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına baş həkim vəzifəsinə təyin edilmişdi.