Azərbaycanda daha bir həkim vəfat edib.
TƏBİB-in tabeliyində olan Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-cərrahı Vadim Zəkiyev dünyasını dəyişib.
"Medicina" xəbər verir ki, o, uzun müddət idi xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, V.Zəkiyev 1957-ci ildə Qusar rayonunda anadan olmuşdu. O, 1985-ci ildən Respublika Neyrocərrahiyyə Xəstəxanasında həkim-cərrah kimi fəaliyyət göstərirdi. V.Zəkiyev 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.