Yəqin ki, hər bir qadın ömründə bir dəfə də olsun adət dövrünün pozulması, gecikməsi və ya dayanması ilə üzləşib. Bu vəziyyət istənilən çoxlu cavabsız suallar yaradır. Menstruasiyanın neçə gün gecikməsi normaldır və problemin səbəbini tapmaq üçün nədən başlamaq lazımdır?
1.Menstruasiya neçə gün gecikə bilər?
Əgər tsikl tamamından sonra 1-3-4 gün gecikmə varsa, ekspertlər bunu normal hesab edir, elə də ciddi pozuntu deyil. Avropa və ABŞ-da 5-7 gün gecikməni də artıq normaya daxil edirlər. Amma elə ki gecikmə günləri 8-10 gün gecikdisə və ya həmin ay olmadısa, o zaman həyəcan təbili çalıb, müayinəyə tələsmək lazımdır.
2.Əsas səbəblər: hamiləlik, stress, ginekoloji problem, hormonal pozğunluq
Təbii ki, ailəli qadın üçün ilk növbədə hamiləlik şübhəsi yaranır. 7 gün gecikmədən sonra test etdirib, qan analizi vermək olar.
Daimi, qəfil və çox böyük stress, qorxu. Bəli, bu kimi neqativ hisslər bütün sinir, hormonal balansı sıradan çıxarıb, nəinki günlərlə, hətta aylarla menstruasiyanı saxlaya bilər. Həyəcan və təhlükə siqnalı alan beyin orqanizmə səfərbərlik siqnalı verir, bu da yumurtalıqların işində pozuntu yaradır. Əgər səbəbin stress olduğundan əminsinizsə, nevrapotoloq, endrokrinoloq müalicəsi alıb, istirahət etmək və stresi atmaq lazımdır.
Səbəb ginekoloji xəstəliklərlə bağlıdırsa, o zaman menstruasiya həm gecikir, həm çox və ya az olur, həm ağrılı olur, həm də sonsuzluğa səbəb ola bilər. Ginekoloq və USM müayinədən keçib, ən xırda detalı belə gözdən qaçırmamaq lazımdır.
Konsrateptik ( qoruyucu) dərmanların qəbulu da menstruasiyanın stabillini poza bilər. Preparatın qəbulunu dayandırdıqdan sonra vəziyyət normallaşacaq.
Pəhriz, acqalma, anoreksiya səbəbindən də menstrual tsikl pozulur. 45 kq və daha aşağı çəkidə qadında normal menstruasiya gözləmək olmaz.
Abort, hamiləlik pozulması orqanizmdə ümumi tormozlanma getdiyi üçün, bu hal da həmin aylarda tsikli gecikdirə bilər.
Klimaks, menopauza – bu artıq 40 yaş və yuxarı xanımların hər an üzləşə biləcəyi vəziyyətdir. Artıq azalan, gecikən, müntəzəm olmayan menstruasiya ciddi siqnaldır.
Nə etməli:
7 günlük gecikmədən sonra ginekoloq qəbuluna gedib, müvafiz analiz və USM müayinədən keçməli. Səbəb hormonlarla bağlıdırsa, yanaşı olaraq endokrinoloji müalicə almalı. USM müayinədə uşaqlıq və yumurtalıqların vəziyyətinə əsasən ilkin səbəbi görmək olur. Əgər yumurtalıqlarda kist, iltihab varsa, bu da gecikməyə səbəb ola bilər.