Yəqin ki, çoxunuz şirin yuxuya gedəndən sonra ayıq olmaya-olmaya əl-ayağın qəfildən hərəkət edib, sanki atlandığının şahidi olmusuz. Uzandığınız yerdə birdən ayağınız öz-özünə atılır.
Bu hal sizi səksəndirib yuxudan da oyadır. Yuxuda nəinki qol, əl, hətta göz qapaqları da ata bilər.
Bəs bunun səbəbi nədir? Orqanizm hansı siqnalı verir.
1.İnsan yatağa uzanıb, yorğun olduğu halda tez yuxuya getsə də, yəni beyin sönsə də, əzələlər belə tez yuxuya getmir. Beynin zehin hissəsi yatır, amma hərəkətə cavabdeh hissəsi hələ əzələlərə siqnal göndərə bilir. Ona görə əzələlərin öz-özünə yığılıb açılması baş verir.
2.Stress, depressiya, işdə gərginlik, əsəbi insanlarda da yuxuda belə hərəkətlər olur. Bu insan yuxuda olsa da sinir sisteminin asanlıqla rahatlamamasına işarədir.
3.Qolların, barmaqların keyiməsi, qıcolması çox vaxt gecə yarı və ya səhərəyaxın olur. Bu, onurğa, boyun ostexondrozu, digər sinir problemləri, eləcə də sinirin sıxılması nəricəsində baş verir. Əgər arada olursa, daha rahat pozada yatmağa çalışın. Yox hər gün baş verirsə, artıq ciddi siqnaldır. Eləcə də qanda D vitamini, kalsium, maqniy çatışmazlığında da keyimələr olur.
4.Yuxuda göz atması
İşinə çox köklənmiş, yorulmuş, komputer, telefonda çox vaxt keçirənlərdə olur. Ola bilər göz əzələsi ilə beyin siqnalı arasında pozulma var. Yenə də nadir halda baş verirsə, normal haldır. Tez-tez olursa, sakitləşdiricilər içib, komputer və telefondan uzaqlaşıb, həkimə müraciət etmək lazımdır