Onkoloqlar bilir ki, xərçəng şişləri hətta 3-cü dərəcəyə qədər heç bir ağrı vermir. İltihabi xəstəliklər, digər törəmələr daha tez ağrıyır, nəinki şiş.
“Medicina” xəbər verir ki, Rusiyanın baş onkoloqu Andrey Kaprin bunun səbəbini açıqlayıb.
“Onkoloji xəstəliklərin elə təhlükəli tərəfi də budur ki, başlanğıc mərhələdə praktiki olaraq, heç bir ağrı vermir. Amma irəlilədikcə, ağır dönəmlərdə ciddi ağrılar olur.
Xərçəng xəstədə hiss etdirmədən, şübhələndirmədən, gizli, yanaşı və yüngül simptomlarla gedir. Məsələn, baş ağrısı, öskürək, həzmsizlik, temperaturun səbəbsiz qalxması, səpki, kürəkdə ağrı, qarında sancı, tualetdə problem, qanazlığı və s.
Çox xəstələr hətta özlərini sağlam hiss edir, masaja gedir, fizioterapiya etdirir, sadəcə yorulduğunu, soyuqladığını düşünür.
Bütün bunlar isə bədxassəli şişləri daha da sürətlə böyüdür.
Ona görə istənilən narahatlıqda əvvəlcə profilaktik müayinə olmalı, daha sonra masaj, isidici prosedurlar olmalıdır.
Həkimə ağrı olanda yox, ağrımamaq üçün elə sağlam vaxtı getmək lazımdır”.
Aygün M