Kaliy və maqnezium – ürək-damar sisteminin bütün işini tənzimləyən, ürək ritmini yaradan 2 əsas mikroelementdir.
Bakupost.az onların ürək fəaliyyətində rolunu təqdim edir.
Kaliy və maqnezium:
- Ürək impulsunun düzgün ötürülməsini təmin edir
- Qanın qatılaşmasının qarşısını alır
- Damarların divar elastikliyini təmin edir
- Aterosklerozun qarşısını alır
- Ürək ritminin pozulmasına qarşıdır
- Ürək əzələsini qidalandırır
- Mikardı enerji ilə təmin edir
Ona görə bu 2 element birlikdə ürək əzələsi, miokard, damar, beyin, ürək ritmi, təzyiq xəstəliklərində yoxlanılır və təyin edilir.
- Aritmiyanın müalicəsi
- Ürək çatışmazlığının profilaktikası
- Arterial təzyiq, aterosklerozun profilaktikası
- Ürəyin işemik xəstəlikləri stenokardiya, infarkt, insulta qarşı təyin olunur.
Qadınlarda maqnezium xüsusilə çox lazımdır.
Əgər orqanizmdə, qanda kaliy, maqnezium az olarsa, nələr baş verir?
Ürək əzələsi şişir, ödemləşir, daim spazmlı olur, arada sancır, pis boşalır.
Bu zaman ürəyə qanla oksigen az daxil olur.
Kalium natriumun antoqonistidir. Bu o deməkdir ki, kaliy az olanda, natrium çoxalır. Bu isə duzdur. Natriy özü ilə suyu daşıyır, bu zaman bədəndə artıq maye yığılır.
Bu zaman ürək hüceyrələri də şişir, ürəyin işi pozulur.
Kaliy azlığından ürək ciddi əziyyət çəkir. Aritmiya baş verir, ürək ritmi pozulur, təngnəfəslik yaranır.
Maznezium çatışmadıqda isə ürək əzələsi, ürək özü, ətrafı, kürəkdə ağrılar olur, ürək əzələsinin spazmı baş verir, ürəyin qidalanması pozulur, aritmiya, taxikardiya baş verir. Nəticədə ürək çatışmazlığı, aritmiya, təzyiq xəstəliyi yaranır. Ürəyin ehtiyatları tez tükənir, ömrü qısalır.
Ona görə ürəyi qorumaq üçün kaliy maqnezium balansını sabit saxlamaq tələb olunur.
Xüsusən orta yaşlı insanlar hər gün kaliylə zəngin qidalar: kartof, kələm, kök, banan, ərik, qara gavalı, əncir, qoz, yarmalar, yulaf, qreçka yeməlidir.
Maqnezium isə küncüt, badam, qoz, kakao, buğda, çovdar, ərik, soya, krevet, ət, dəniz yosunu, bəzi meyvələr zəngindir.
Aygün Musayeva