Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Nəyə görə tərəvəz yeməyi sevmirik?

  • 2022.06.20 13:33
  • 2533 Baxış
Nəyə görə tərəvəz yeməyi sevmirik?

Tərəvəzlərə sevgi insanın genlərində qoyulub. Bəzi insanlar tərəvəzsiz qala bilmir, digərləri isə tərəvəzi yeyə bilmir.

Bakupost.az xəbər verir ki, qida seçimi, dad həssaslığı və hissiyatı bizə genetik, anadangəlmə verilir.

Bu nəticəyə Taftsa universitetinin alimləri gəlib. Onlar 6 genetik tədqiqatın nəticələrini istifadə edərək, poligen dad bal sustemi yaradıblar. Elə genlər var ki, 5 əsas dad üzrə bağlıdır.

Hər insanda hansı genin üstün olması onun dad seçimini, bağlılığını təyin edir.


Məsələn, yüksək poligen balına malik insan acı dad sevir, onun genlərində qida məhsullarında acı dadı hiss edən xüsusi hissiyat daha güclüdür.

Sonra alimlər 6 min insanın qidalanma, ürək-damar riski, maddələr mübadiləsi xəstəlikləri, şəkər, təzyiq göstəricilərini toplayıb təhlil ediblər. Və onların da poligen balı hesablanıb.

Nəticələr göstərib ki, dadlara qarşı genetik həssaslıqla, qida seçimi ilə metabolik və erək-damar xəstəlikləri arasında bağlılıq, əlaqə var.
Acı dada həssas geni olan insanlar tam taxıldan olan məhsulları, un məmulatlarını az yeyir. Duzlu dada genetik meyilli olanlar qırmızı və narıncı rəng tərəvəzi az yeyir.

Adətən insanlar nəyə görə şoraba və ya şirniyyat sevdiyinin səbəbini anlamır. Özlərini sağlam qidalanmağa məcbur edir. Tərəvəzlərə ikrah bizdən asılı olmaya bilər.


Aygün Musayeva
BakuPost