Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Nəyə görə stresdən insan arıqlayır?

  • 2023.02.28 16:25
  • 1872 Baxış
Nəyə görə stresdən insan arıqlayır?

Bəzi insanlarda stress zamanı çəki azalması müşahidə olunur. Belə bir yolla arıqlamaq çox təhlükəlidir.


“Medicina” xəbər verir ki, stresdə olduğunuz zaman normal həyatda olduğunuz kimi davrana bilmirik. Normalda yetişə biləcəyimiz yerə vaxtında yetişə bilmirik. Nahar etməmək üçün hansısa işlə məşğul oluruq.


Stressli insanın orqanizmi döyüş və uçuş rejiminə keçir. “Kəskin stress reaksiyası” olaraq bilinən bu fizioloji mexanizm bədəninizə təhlükəyə cavab verməli olduğunu bildirir. Bədən adrenalin və kortizol kimi hormonları ifraz edərək özünü hazırlayır. Adrenalin yemək istəyinizi minimuma endirir.

Bu arada, kortizol böhran zamanı vacib olmayan funksiyaları müvəqqəti olaraq boğmaq üçün bədənə siqnal verir. Buraya həzm, immun və reproduktiv reaksiyalar daxildir.


Stress zamanı çəki itkisi zamanı mütləq psixiatr, nevroloq, psixoloq və dietoloqdan müayinə, müalicə almaq lazımdır.

Günay