Səhər oyanan kimi ayaqlarda yorğunluq, ağırlıq, ağrı normal hal deyil. Çünki yatdıqdan sonra ayaqlar rahatlamış olmalıdır.
"Medicina" xəbər verir ki, travmatoloq cərrah Vladimir Çukanov səhər ağrılarının bir neçə səbəbini açıqlayıb.
Bu, yeni travmalar, narahat ayaqqabı, işlə bağlı çox ayaq üstə qalmaq, varikoz.
Amma daxili səbəblər daha ciddidir: bunlar onurğada problem, sinir zədələnməsi, pis qan dövranı, artroz, artrit, revmatoid artrit, müxtəlif infeksiyalar ola bilər.
Bu xəstəliklər zamanı diz, barmaqlar, daban ağrıyır.
Səhər oyanandan sonra 30 dəqiqə əl və ayaq oynaqlarının ağrı -sızıldaması osteoartroz üçün xarakterikdir.
Gənclər belə ağrılara diqqətli olmalıdır, çünki oynaqların iltihabi zədələnməsidir, mütləq aktiv terapiya tələb edir.
Artrit, podaqra, spondilit sistem xəstəlikləridir, onlar nəinki oynaqları, gələcəkdə daxili orqanları da zədələyir.
İltihabdan qaynaqlanan ağrı daha təhlükəlidir. İnsan yuxudan oyanandan sonrakı 2-3 saatda, hətta gün ərzində bu ağrı çəkilmir.
Eləcə də səhər ayaq ağrısı osteoporoz, tromboflebit və daban şporundan ola bilər.
Aygün Musayeva