Səhərlər yuxudan oyanan kimi başağrısı, başda ağırlıq hissi bəzi nevroloji səbəblərdən ola bilər.
"Medicina" xəbər verir ki, nevroloq Aleksandra Alexina səhər baş ağrılarının səbəbini açıqlayıb.
"Onlardan biri arterial təzyiqin səhərlər yüksəlməsidir.
Eləcə də yuxuda başın, boyunun qeyri-düzgün vəziyyəti, yastığın uyğun olmaması başda gərginlik yaradır.
Səhər baş ağrıları 80% hallarda gərginlik ağrısı olur. Bu halda səbəb yastıq və matrasdır.
Bruskizmi olanlar, yuxuda dişləri, çənəni gərgin saxlayanlarda da çənə və kəllədə gərginlikdən baş ağrıya bilir.
Belə qıcıma stressdən baş verir.
Xorultu - xüsusən kişilər yuxuda apnoe yaşayır.
Xorultu o qədər ağır ola bilər ki, insan yuxudan baş ağrısı ilə oyana bilər. Bu da ciddi haldır, müalicə tələb edir.
Yüksək təzyiq - ürək yuxuda istirahət edir, gecə yuxuda ürək vurğuları 10 rəqəm aşağı düşür.
Əgər gecə insan yuxuda ikən stresli vəziyyət, yüksək səs, gurultu, qəfil telefon zəngi, hər hansı narahatlıq olarsa, bu stress hormonunu artlırır və ürək döyüntüsü artır.
Nəticədə təzyiq qalxır, insan baş ağrısı ilə oyanır.
Əgər bu halları aradan qaldırdırdan sonra, mütəmadi olaraq səhərlər baş ağrıyırsa, nevroloqa görünmək lazımdır"
Aygün Musayeva