Qana al qırmızı rəng verən hemoqlobindir, bu zülalda “gem” adlı maddə məhz rəng kompleksinə cavabdehdir.
“Medicina” xəbər verirm ki, gemdə dəmir atomu var, məhz o qanla oksigenin ürək və ağciyərə daşınmasında açardır.
Hemoqlobin oksigenlə birləşdikdə, yaşıl-mavi şüaları udr və onu qırmızı-narıncı qammada əks etdirir.
İnsan gözü ilə bunu qırmızı görür. Ona görə də həkimlər və el arasında al qırmızı rəngdə qana sağlam və oksigenlə zəngin qan deyilir. Adətən belə qan arterial və kapilyar qanda olur. Venoz qan isə tünd bordo rəng olur.
Orqanizmdən, damardan çıxan qan quruduqca daha çox tündəşir, qaralır, hemoqlobin isə methemoqlobinə çevrilir.
Qan açıq havada qaldıqca bir o qədər dəyişir. Məhz buna görə kriminalistlər qan ləkəsinin vaxtını müəyyən edə bilir.
Bəs nəyə görə venalar göydür?
Zərif və bəyaz dəriləri olanlarda üzə çıxan venalar mavi görünür.
Bu ona görə baş verir ki, dövr edib qayıdan qanda oksigen az olur. İnsan qanı heç vaxt mavi rəng almır. Venaların rəbgi gözün optik illüziyasından başqa bir şey deyil.
Damar içində qanın qırmızı rəngi dəriyə yaxın səthdən udulur və qırmızı rəng gözümüzə görünmür.
Gördüyümüz sadəcə mavi işıq əksidir.
Amma heyvanlarda mavi, yaşıl, bənövşəyi rəngdə qan olur. Bəzi dəniz heyvanlarında mavi rəngdə qan var.
Aygün Musayeva