Yaşıl çay ekstratı komponentləri sağlamlığa təsir edə bilər.
“Medicina” xəbər verir ki, Con Hopkins Universiteti Tibb Fakültəsinin (ABŞ) alimləri yaşıl çayın tərkibində olan birləşmənin qadın sağlamlığı üçün faydalarını açıqlayıblar.
Elmi araşdırma epigallocatechin gallate (EGCG) uterus fibroidlərinin qarşısının alınması və müalicəsində effektif olduğunu göstərib.
Klinik sınaqda müəlliflər EGCG-nin qadın xəstələrdən toplanmış uşaqlıq miomasının hüceyrələrinə təsirini araşdırıblar. Nümunələrə 24 saat ərzində hər litr qida mühitinə 100 mikromol maddənin dozası vurulub və sonra toxumada spesifik zülalların (siklin D1, fibronektin və CTGF) mövcudluğunu aşkar etməyə çalışıblar.
Tədqiqatçılar EGCG-nin fibronektin zülal səviyyələrini, məruz qalmamış fibroid hüceyrələrinin nəzarət qrupu ilə müqayisədə 46-52 faiz azaltdığını aşkar etdilər. Eyni zamanda, CTGF zülallarının miqdarı 86 faiz azalıb.
Bu o deməkdir ki, yaşıl çay tərkibi şiş hüceyrələrinin böyüməsi, siqnalizasiyası və metabolizmindən məsul olan siqnal yollarına müdaxilə edir.
Komanda epigallokatehin gallatein simptomları aradan qaldırmaq və uterus fibromalarının böyüməsini yavaşlatmaq üçün sadə və əlverişli bir seçim ola biləcəyi qənaətinə gəlib.
Günay Quluzadə