Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Nəyə görə qadınlar soyuq yerdə əyləşməməlidir?

  • 2022.09.27 17:19
  • 1645 Baxış
Nəyə görə qadınlar soyuq yerdə əyləşməməlidir?


Əvvəllər nənələr qız uşağı soyuq daşda, pilləkəndə oturmaz, xəstələnər, ginekoloji problemi olar deyərdilər.


Bu sözü hər birimiz eşidərdik. Amma sonradan nənələrin bu sözünü ciddiyə almayıb, elmi cəhətdən səhv olduğunu dedilər.
"Medicina" xəbər verir ki, indi həkimlər nənələrin o sözünü təsdiqləyir.

Soyuq yerdə əyləşmək nəinki qadınlara, hətta uşaqlara və yaşlı insanlara da zərərlidir.

Bu təkcə ginekoloji problemlər yaratmır, sidik sistemi, düz bağırsaq, böyrəklər üçün təhlükəlidir.

Soyuq, nəm, yaş səthdə, daşda əyləşən zaman soyuğun təsirindən damar spazmı baş verir, immunitet düşür, daxildə olan iltihabi proseslər, bakteriyalar çoxalır.

Qadınların aşağı kiçik çanaq orqanları spesifik anatomiyaya malikdir.

Onların sidik sistemi qısadır, ona görə infeksiya, soyuq sidik kisəsinə çox tez təsir edir.

Bədənin soyuması zamanı sistit baş verir.

Yaşlı insanlar da soyuqda oturmamalıdır, onların toxuma trofikasında yaşla bağlı dəyişikliklər olur. Hətta soyuq skamyada əyləşmək infeksion iltihabi proseslərə səbəb olur.

Yaşlıların immuniteti isə bununla mübarizə aparmaq üçün zəifdir".

Aygün Musayeva