Orta ömür müddəti dünyanın hər yerində eyni deyil. Ömürə sosial stabillik, iqtisadi amillər, qidalanma, tibbi xidmətin keyfiyyəti və genetika təsir edir.
Amma dünyada qədimdən dəyişməyən bir amil var. Qadınlar kişilərdən 7-10 il çox yaşayır.
- Qadın və kişi immuniteti fərqlidir. Kişilər fiziki yükə və stresə daha davamlıdır, amma ürək-damar sistemi və infeksiyalara çox həssasdır.
Kişilər qadınılardan daha çox bakterial, göbələk, virus infeksiyasına yoluxur və bunlardan daha çətin sağalır.
Daha dinamik, dözümlü immunitet qadınlardadır. Bu da onlara hamiləlik zamanı dölü normal daşımaq üçün verilib.
- Həzm sistemində fərqlər - qadınların həzm sistemi daha həssasdır. Onların mədəsi, ödü kobud qidalar, çox yemək və spirtlik içki ilə bacarmır.
Onlarda qastrit, kolit, bağırsaq problemləri daha çox olur. Qadınlar yeməyi kişilərdən 3 dəfə daha çox və yaxşı çeynəyir, bu da onları bəzi xərçəng xəstəliklərindən, mədəaltı problemlərdən qoruyur.
Kişilərdə mədə-bağırsaq xəstəlikləri çox rast gəlinir
- Zərərli vərdişlər - qadınların 90%-i çəkmir, içmir, zərərli vərdişi azdır. Ona görə də onlarda ürək-damar xəstəlikləri, ağciyər problemləri az rast gəlinir.
Aygün Musayeva