İnsanlar arasında belə bir inam var ki, soyuqdan baş ağrıyır. Soyuğa çıxdım başım boynum ağrıdı, başım soyqladı deyənlər çoxdur.
Bəs bu mifdir, yoxsa həqiqətən də soyuğun təsirindən baş ağrıyır?
Medicina.az xəbər verir ki, əslində soyuq və küləkli hava ancaq nadir və xroniki xəstəliklərdə, xüsusən baş beyin xəstəliyi olanlara təsir edə bilər.
Əslində isə başda ağrılar çox az halda başın özündən qaynaqlanır. Çox zaman o, boyun şöbəsində arteriya və ya qığırdağın sıxılmasından, dəyişilməsindən baş verir.
“Beynin meningial qişasının iltihabı, eləcə də burun və daxili qulaqda iltihabi xəstəliyi olan şəxslərdə soyuq və küləyin təsirindən ağrı yarana bilər. İltihab ocağında daim oksigen çatışmır, orda toxumaların nekrozu baş verir, ağrı
reseptorları daha tez qıcıqlanır.
Baş və üz dərisinə təsir edən soyuq kütlə bu nöqtələri, ocaqları qıcıqlandırır, temperatur dəyişikliyi xəstəyə pis təsir edir. Ağrı əzələ və sinirlərlə başa ötürülür.
Burdan da el arasında belə deyim yaranıb ki, soyuq hava köhnə yaraları yada salır.
İki gündü başın boynum gicgahdan gözümə vurur xahiş edirəm məsləhət verərsiz
Mənim şiddətli başım ağrıyır
3 gündür başım ağrıyır boynumun arxasınan gicgaha gözüme verir meni narahat edir meslehet vererdiniz . Evelceden teşekkür edirem
Salam soyuq hava olan kimi boyundan gələn agrı başa dogru yayılır həm baş agrısı olur, həmdə boyun soyuq buz kimi olur,