Uzun illərdir belə bir inanc var ki, kişilərin ürəyi daha zəifdir, tez sıradan çıxır, qadın ürəyi isə güclüdür, az halda infarkt olur.
Son zamanlar gənc,orta yaşda qəfil ürək tutmaları və ürək səbəbindən ölümlərin sayı artıb.
“Medicina” açıqlamasında kardioloq, dosent Arzu Bəydəmirova ürək xəstəliklərinin cavanlaşmasının səbəblərini açıqlayıb.
“Biz həkimlər üçün xəstəliklərdə gender bölgüsü yoxdur. Xəstə xəstədir və qadınlar da çoxdur, kişilər də. Mən deyərdim ki, yaş dövründən asılı olaraq statistikanı müqayisə etsək, premenopauza yaşında daha çox qadınlarda ürək xəstəlikləri olur, kişilərdə isə daha erkən yaşda, 50-ə qədər artıq kardioloji problemlər yaranır.
Ürək xəstəliklərinin artmasının səbəbi mənim fikrimcə, sosial problemlərlə bağlıdır.
Gündəlik iş və sosial həyatımız gərgin olduğu üçün, xüsüsən kişilərə bu problemlər təsirsiz ötüşmür.
Kişilərin daha çox ürək infarktı olmasının digər səbəbi sağlamlığına laqeydliyidir, səhlənkarlıqdır.
Bir dəfə gəlir, diaqnoz qoyulur, amma müalicəsini davam etmir. Heç nə olmaz deyib gedir.
Kişilər daha çox zərərli vərdişlərə meyillidir. Biz bəzən zərərli vərdiş dedikdə siqaret, içkini deyirik, amma çox yemək, gecə saatlarında yemək, yeməyin miqdarı və keyfiyyətinə nəzarət etməmək də zərərlidir.
İnsanlar var ki, deyir mən səhər yemirəm, gün boyu qaçaqaçda, axşam 6-dan sonra normal yeyirəm. İnsanların çoxu bu gün axşam gec saatlarda qidalanır.
Bunu hər kəs bilir, həzm orqanları, mədə, qaraciyər, öd gecə daha az sürətlə işləyir, ürək baxmayaraq ki, 24 saat işləyir, çünki o avtonom orqandır, amma onun da saat fərqi var.
Gecə, yuxuda ürək işində yavaşılama olur. Məsələn, biz xəstələri Xolter ilə müşahidə etdikdə, görürük ki, gecə ürək ritmi azalır, hətta 35-ə düşür, halbuki gündüz 70-80 olur. Biz bunu normal hesab edirik. Hətta təzyiq belə düşür, çünki maddələr mübadiləsinin sürəti zəifləyir, orqanizm istirahət edir. Ona görə də insan, xüsusən ürək problemi olanlar axşam 18:00-dan sonra yeməməlidir. Amma əksəriyyət buna əməl etmir, xüsusən kişilər. Axşam ağır yeməklər yesəniz, ürək-qan damar sistemi də gərgin işləyir, ritm 35 yox, 70-80 olacaq.
Ona görə də hipertonik krizlər, infarkt, insult gecə yarı, səhər saatlarında olur. Əksər hallarda bunun səbəbi qidalanma, gecə spirtli içki qəbulu və eləcə də az su, maye qəbuludur. Ona görə də xəstələrə təkcə dərman müalicəsi yox, pəhriz, qida rasionu, həyat tərzi dəyişikliyi tövsiyə edirik və buna əməl etməikdə ”.
Aygün Musayeva
Medicina.az
Yalandi, kiwilerin ureyi siz qadinlara doze bilmir ona gore tez infarkt oluruq. Adem (e.s) xowbext idi ????????????