Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Nəyə görə insan 30 yaşdan sonra xəstələnir?

  • 2023.08.08 18:57
  • 1194 Baxış
Nəyə görə insan 30 yaşdan sonra xəstələnir?

Adətən 30 yaşdan sonra insanlarda xroniki xəstəliklərin baş qaldırdığı məlumdur.

Buna səbəb isə yediyimiz qidaların tədricən orqanizmdə zərərli maddələr və toksinlər şəklində yığılmasıdır.

“Medicina” xəbər verir ki, yaş artdıqca hormonların da iştirakı ilə insanın metobolizmi pozulur, bunun nəticəsində isə xronik xəstəliklər yaranır.

Türk həkim qeyd edir ki, bu prosesi gecikdirməyin yolu var. Belə ki, orqanizmi ac saxladıqda bədən stress altına düşür və yığılmış toksik maddələr tədricən məhv olmağa başlayır. Onlar insan orqanizmindən tər, nəfəs və ya bağırsaq yolu ilə bədəndən xaric olur. Bu şəkildə, bədəndəki zərərli maddələr xaric olunur və xroniki xəstəliklərin azalma ehtimalı ciddi şəkildə aşağı düşür.


Ona görə də mütəmadi interval acqalma metodunu həkimlə məsləhətləşib sınaya bilərsiz.

Xanım