Miokard infarktı çox zaman abdominal forma verir, yəni ürək hissə yox, qarın hissə ağrıyır.
“Medicina” xəbər verir ki, terapevt Andrey Kondraxin infarktı mədə ağrısı, hətta zəhərlənmə ilə səhv salmaq olur. Çünki bu zaman qeyri-tipik simptomlar olur.
“Ürək ağrısı mədə-qaraciyər-öd üçlüyü ağrısı ilə maskalanır. İnsana elə gəlir ki, onun mədəsi, qarnı ağrıyır. İnfarktın abdominal forması məhz belə olur.
Bəs necə bilməli: qarın ağrısı ürəkdəndir, ya mədədən?
Qarın ağrısı zamanı xəstə hərəkət edəndə kəskinləşir, uzananda, nəsə içəndə azalır, kskin hərəkətdə artır, ürəyin ağrısı isə sakit halda da davam edir.
Miokard infarktı zamanı xəstədə sanki hava çatışmazlığı, baş hərlənmə, təzyiqin düşməsi müşahidə olunur. Həmin an üçün infarktı yalnız kardioqramma müəyyən edə bilər.
İstənilən kəskin ağrılar zamanı, xüsusən yaşlı xəstələrdə təcili yardım və EKQ mütləqdir.
50 yaşdan yuxarı şəxslərə dərman verib, vəziyyətin düzələcəyini gözləmək olmaz. Eləcə də xəstədən kardiomarker analizlər götürüb, infarktı dəqiq təyin etmək olar”.
Aygün Musayeva