Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Nəyə görə hər gün çuğundur yemək lazımdır?

  • 2021.02.16 17:21
  • 4180 Baxış
Nəyə görə hər gün çuğundur yemək lazımdır?

Hər gün istər çiy, istər suda bişmiş, istərsə də salatlarda bir ədəd çuğundur yeməyin orqanizm üçün saysız faydaları vardır.

Medicina.az nəyə görə hər gün çuğundur yeməyin gərəkliliyini araşdırıb.


- Ürək-damar xəstəliklərinin yaranmasının qarşısını alır – çuğundurda B9 vitamini var
- Bağırsaqları təbii təmizləyir, qəbizliyə qarşıdır – çuğundurda çox miqdar lif var, bağırsaq divarlarını yumşaq, təbii təmizləyir. şlak və toksinləri atır

- Bədəndə daxili iltihabi prosesləri söndürür
- Yüksək təzyiqi salır – damarları tonusda saxlayır, qan dövranını tənzimləyir, tromb əmələ gəlməsinə qarşıdır
- Kişilərdə potensiyanı bərpa edir – çünki çanaq orqanlarına qan dövranını yaxşılaşdırır
- Antioksidant təsir edir, xərçəngə qarşıdır

- Sərbəst radikalları zərərsizləşdirir
- Dəmir və yodla zəngindir – qanazlığında yeyilir, hemoqlobini artırır
- Zob, qalxanvari vəz xəstəliklərində


- Bədəndə artıq piy, yağ toplanmasının qarşısını alır