Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Nəyə görə hamilələrə fol turşusu vacibdir ? – Və təkcə onlara deyil

  • 2020.05.30 17:37
  • 8604 Baxış
Nəyə görə hamilələrə fol turşusu vacibdir ?  – Və təkcə onlara deyil



Fol turşusu daha çox hamilə ginekoloqa gedən kimi ana və gələcək körpə üçün təyin olunan və çox adamın məhz həmin vaxt ilk dəfə eşitdiyi preparat, vitamin adıdır. Əslində isə bu vitamin təkcə hamilələr üçün yox, elə hamımız üçün ömrümüz boyu vacibdir.

Fol turşusu suda həll olunan vitamin qrupuna aid olan B 9 adlı vitamindir.

Təəssd ki, orqanizmdə özü sintez olunmur, mütləq xaricdən daxil olmalıdır. Bu gunkü ekologiya və qidalanma ilə bu da mümkün deyil. Ona görə hamilə qadınlar kəskin fol defisi ilə hamiləliyə başlayır, bu isə dölün inkişafına mənfi təsir edir.
Medicina.az fol turşusunun niyə bu qədər zəruri olduğunu və hansı qidalarda çox olmasını araşdırıb.

Fol turşusu əskikliyi hansı fəsad və risk verir?

Çoxdan tibbə məlumdur ki, fol turşusu əsklikliyi zamanı anadangəlmə qüsurları olan uşaqların doğulması halları yüksəlir. Bu anadangəlmə ürək, beyin, onurğa qüsuru ola bilər.

B 9 defisi daha çox sinir boruları, uclarının defektlərinə səbəb olur.

- Baş beynin tam və ya qismən olmaması – Anensefaliya
- Onurğa beyin zədələnmələri – Spina Bifida - iflic uşaqlar, serebral iflic

Bəzən hamilələrə ilk 3 aydan sonra fol turşusu yazılır, çünki bir çoxu hamiləliyi gec aşlarlayır, həkimə gec gedir. Amma halbuki bu vitamin hamiləlikdən öncə və heç olmasa ən geci ilk həftədə qəbul edilməli idi.

Çünki bildiyiniz kimi, dol əvvəlcə rüşeym formasında onurğa sütunu formalaşır, ilk sinir borusu hansı ki, bütün bədən, baş sonra yaranacaq, hamiləliyin ilk 3 həftəsində formalaşır.

Həmin ana ana qanında, bədənində lazımi qədər fol turşusu tapmayan bu sinir borusu artıq zəif və yetəri qədər güclü inkişaf etmir və kəskin defisitdə artıq qüsurlu inkişaf edir.

Ona görə də mütləqdir ki, gənc qadınlar hamilə olmazdan 3-5 ay əvvəl fol turşusu qəbuluna başlasın və sonra da davam etsin.

Hər bir qız gənc yaşlarında profilaktik olaraq 400 mkq dozada fol turşusu qəbul etməlidir. Vitamini hamilə olmayan şəxs üçün 2-3 ay qəbul edib, 2-3 ay fasilə verməlidir. Hamilələr üçün isə dozanə həkim təyin edir və bu yüksək olur.
Hətta kəskin fol turşusu defisiti olan ananın usage normal doğulsa da və ciddi beyin iflic qüsuru görülməsə də, sonradan uşaq müxtəlif nevroloji xəstəliklər, əqli və nitq geriliyi, onurğada problemlər, hərəkət məhdudiyyəti ilə qarşılaşır və bu uşaq çoxsaylı müalicələr almalı olur.

Uşaq doğulandan sonra da B 9 qəbulu dayandırılmır, çünki körpə onu ana südü ilə də almaqda davam edir.

Fol turşusu mütləq əlavə vitamin və qida əlavəsi kimi təyin edilməlidir, çünki kəskin defisitdə təkcə qidalarla bunu təmin edə bilməyəcəksiz.

Amma fol turşusu bol olan qidalar da menyuya əlavə olunmalıdır:


- Paxlalar, mərci
- Yaşıl tərəvəz, meyvə, yaşıl yarpaqlı, göyərtilər
- İspanaq
- Giləmeyvələr
- Sitrus meyvələri
- Tam taxıldan çörək