Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Nəyə görə gözümüz səyriyir? – Göz tiklərinin əsl səbəbi

  • 2019.10.03 19:24
  • 7935 Baxış
Nəyə görə gözümüz səyriyir? –  Göz tiklərinin əsl səbəbi
Elə adam yoxdur ki, arada hansısa gözü qeyri-ixtiyari göz səyriməsi, göz atması ilə üzləşməsin. El arasında hətta sağ və ya sol gözün atmasından asılı olaraq hansısa xəbər alacağın inancı da var.


Amma gözün lazım olmayanda, vacib görüş, məqamda atması xoş vəziyyət deyil və insan nə edəcəyini bilmir

Medicina.az göz tiklərinin geniş yayılmış səbəblərini və məsləhətləri təqdim edir.


Tibdə bu halın adı Miokimiya adlanır. Bu zaman gözün dairəvi əzələsi qeyri-ixtiyari olaraq,reflektor yığılıb açılır.

Üst və ya alt qapağın atması sinir tikidir. Adətən proses bir gözdə baş verir. 


Çox zaman bir neçə saatdan bir günə, amma bəzən 1 aya kimi davam edir. Bəzən heç ətrafdakılar sizin gözünüzün səyriməsini görməsələr də, insan həyəcan, diskomfort hissi keçirir.


Miokimiyanın səbəbləri bunlardır:


-Mərkəzi sinir sisteminin zədələnməsi, xəstəlikləri – Parkinson, blefrospazm, atak

-İnfeksion xəstəliklər – qripp, zökəm, konyuktivit, blefarit

-Bir çox vitamin və mineralların – maqniy, B qrup vitamin əskikliyində 

-Gözlərin yorğunluğu, gərgin iş, komputer, telefon qarşısında çox oturmaq

-Quru göz sindromu

-Stress, həyəcan, qorxu

-Xroniki stress

-Bəzi dərman vasitələrinin təsiri

-Allergiya


Əgər gözdə səyrimə ilə yanaşı üzün digər hissələrində də tik, səyrimə, keyimə varsa, təcili nevroloqa getmək lazımdır.

Əgər səyrimə 3-5 gün ərzində keçmirsə, oftalmoloqa gedib, yoxlanmaq mütləqdir.


Göz səyriyəndə ilk olaraq gözləri yumaq, bir qədər masaj etmək, komputer və telefondan bir müddət uzaqlaşmaq, sakitləşdirici içmək və yuxu rejiminə riayət edin

 


Nəyə görə gözümüz səyriyir? –  Göz tiklərinin əsl səbəbi