Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Nəyə görə Delta ştammında yaxma test səhv nəticə səhv çıxır? - İmmunoloq açıqladı

  • 2021.11.26 16:23
  • 2833 Baxış
Nəyə görə Delta ştammında yaxma test səhv nəticə səhv çıxır? -  İmmunoloq açıqladı
Koronavirusun Delta ştammının PZR testlə aşkar edilməsi, əvvəlki klassik varianta nisbətən daha çətindir. Belə ki, nəticələr Deltada əksərən səhv çıxa bilər.


Medicina.az xəbər verir ki, immonoloq alim Nikolay Kryuçkov Deltada nə vaxt və necə yaxma verilməsinin uyğun olduğunu açıqlayıb.

Delta ştammı üçün nə ekspress test, nə qan analizləri informativ deyil. PZR testsiz indiki şərtlərlə mümkün deyil.
PZR testi həm yoluxmağa şübhəsi olanlar, həm peyvənd olunanlar, həm olunmayanlar şübhə olan zaman verməlidir.
Çünki vaksin yoluxmadan qorumur, hər an virusa yoluxma riski var.

Sadəcə, Delta ştamda inkubasion dövr, yəni virusun burun-boğazda qalma müddəti çox az sürətli olduğu üçün testdə gecikmələr olduqda, cavab səhvən neqativ çıxa bilər.

Əvvəlki virusda ilk 7-10 gündə test pozitiv göstərə bilirdisə, Delta 7-8 gün gözləmir.

Yoluxmadan maklsimum 5 gün ərzində testi vermək lazımdır. Hətta inkubasion dövr 2-3 gün çəkə bilər. Bu dövrdə insan ətrafını, qohumlarını yoluxduracaq. Xəstəliyin əlamətləri görünən zaman isə virus artıq burunda olmur.
Deltada PZR testi 1-2 gün ərzində virusu tuta bilər.

Ona görə Deltada çalışmaz lazımdır ki, 1-5 gün ərzində test verilsin. Xəstə insanla ünsiyyətdən sonrakı 2 gündə analizin 100% dəqiq çıxma şansı var.

Xəstəliyin 7-ci günündən PZR test kovidi aşkarlaya bilməyəcək və neqativ çıxacaq. Bu isə xəstələri arxayın edir, onlar təcrid olmur, işə davam edir.

Lakin virus heç yerə getməyib, o bədəndədir və istənilən an ağciyərləri, digər orqanları zədələyəcək.

- PZR test mütləq burun və boğazın hər ikisindən götürülməlidir və yaxma bir probirə yığılmalıdır.
Təkcə burun və ya boğazdan yaxma effektiv deyil.