Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Nəyə görə dabanlarınız buza dönür?

  • 2022.10.25 15:27
  • 1906 Baxış
Nəyə görə dabanlarınız buza dönür?

Hər payız-qışda dabanları qar kimi buza dönən xəstələrdə bu problem ola bilər.

"Medicina" xəbər verir ki, britaniyalı həkim Elli Kennon oktyabrdan maya kimi dabanları donan pasiyentinin hekayəsini paylaşıb.


"Xəstənin dabanları sanki qar buzla örtülürdü, axşamlar vəziyyət daha da pisləşirdi və o, yun corablarla gəzirdi.

Bu sindromun ciddi səbəbi ola da bilər, olmaya da. Bizə soyuq olanda və ya hava kəskin soyuyanda, sinir sistemi aşağı ətraflara, dizdən aşağı qan dövranını azaldır.

Bu onun üçün baş verir ki, daha çox bədənin mərkəzi, gövdə isti olsun.

Problemi həll etməyin yolu isidici corablar, paketlər istifadə etmək, arada isti vanna etməkdir.

Bəzi hallarda isə soyub ayaqlar qanazlığı, dəmir azlığı və periferik damarların xəstəliklərində olur.
Bu zaman arteriyalar daralır, dabanlara, barmaqlara qan çatmır, orda dəri ağarır, avazıyır.

Belə sindrom diabet xəstələrində də olur, bu zaman gəzəndə dabanlarda ağrı olur.
Ən ciddi səbəb Reyno xəstəliyi ola bilər.
Bu xəstəlik zamanı barmaqların damarları həddən artıq daralır".

Aygün Musayeva