İnsanın doğum günündə həm də yüksək ölüm riski mövcuddur.
“Medicina” xəbər verir ki, bu nəzəriyyəni amerikalı tədqiqatçılar dəstəkləyib. Alimlər doğum günündə ölüm statistikasının niyə artdığını araşdırıb.
Doğum günlərində insanlar adi iş, həyat rejimindən yayınmağa və fərqli davranmağa başlayır.
Belə ki, ad gününün qeyd olunmasını müşayiət edən məclislərdə hansısa qəzanın baş vermə ehtimalı kəskin şəkildə artır. Bir qayda olaraq, alkoqol və psixoaktiv maddələrdən sui-istifadə bu cür hadisələri tətikləyir.
Bundan başqa, ad günlərində intiharların sayı artır. Tədqiqatın müəllifləri izah edirlər ki, depressiyanın kəskinləşməsi səbəbindən intihara meyllər artır. İllər keçdikcə mənəvi sıxıntı nəticəsində insanlar illüziyalarını itirir və həyatı gəncliklərindəki kimi enerjili görmürlər.
Mütəxəssislər 14 yaşdan yuxarı 25 milyon insanın ölümü ilə bağlı məlumatların öyrənilməsi nəticəsində oxşar nəticələrə gəliblər. Onlardan 70 mindən çoxu (73 266) öz ad günündə dünyasını dəyişib.
Bu rəqəm ekspertləri təəccübləndirib, belə ki, “gözləniləndən demək olar ki, yeddi faiz çox idi”. Qeyd edək ki, daha əvvəl Sürix Universitetinin (İsveçrə) alimləri qocalıqda ad günlərinin qeyd edilməsinin insan sağlamlığı üçün dözülməz bir yük ola biləcəyini irəli sürüblər.
Günay Quluzadə