Elə insanlar var ki, hətta kovid xəstəsi ilə sıx təmasdan sonra belə virusa yoluxmur və orqanizmi dayanıqlı olur.
Medicina.az xəbər verir ki, bunun səbəbi barədə Molekulyar Biologiya institutunun professoru Pyotr Çumakov açıqlama verib.
İnsanı birbaşa koronavirusla kontaktdan yeganə qoruyan orqanizmin infeksiyalara qarşı fərdi qeyri-həssaslığıdır. Yəni o orqanizmi virusu sanki görmür.
Bu o halda baş verir ki, insan nə vaxtsa alfa-koronavirusa yoluxub, bu virus kovidə çox oxşayır, amma əvvəlki illərdə qrip kimi keçirdi. Bu zaman bədəndə immun cavab yaranır, orqanizm virusu tanıyır, ona görə koronavirusa həssas deyil və ya yoluxsa da çox yüngül keçirir.
“İnterferon sistemin özəlliyi var- bu anadangəlmə immunitetdir. Bu insanlar bu cür infeksiyalara qarşı az həssasdır,
virusa yüklənmir. Lakin bu o demək deyil ki, güclü virus yükünə o dözə biləcək.
Qanında biokimyəvi markerlər yüksək olanda da Covid-ə yoluxmaq riski az olur”.