Deyirlər, bu virusa yoluxan qalmayacaq. Amma 1 ildən yuxarı pandemiya dövründə elə insanlar oldu qorunaraq, evin içindəcə yoluxdu, elələri də oldu ətrafında xəstə ola-ola, özü risk zonasında olsa da virusua yoluxmadı.
Necə olur ki, bəzi insanları virus sanki görməzdən gəlir. Nədir bu insanları fərqləndirən?
Medicina.az xəbər verir ki, Avropa virusoloqları nəhayət ki, bu sualın cavablarını tapıb. Onların sözlərinə görə, yer kürəsi əhalisinin təxminən 50%-i koviddən müdafiə effektinə malikdir.
Bu nə deməkdir?
Professor Dora Pintanın komandası bu müdafiənin bir neçə səbəbini tapıb:
- Koronavirusdan öncəki epidemiyalarda, geniş yayılmış viruslara – məsələn quş, donuz, Ebolaya yoluxmuş insanlarda, eləcə də 2003-cü ildə Çində yayılmış TOPC virusuna yoluxanlarda koronavirusa qarşı immunitet ola bilər. Bu viruslar oxşardır
- 2003-cü ildən sonrakı viruslardan insanlar 25 antitel qazanıblar. Bunlardan biri indi həmin insanları bu patogendən qoruyur. Bu antitelin adı 47D11 –dir. Kimdə bu antitel varsa, kovidə yoluxsa da hiss etmir
2. Hüceyrə daxili müdafiə
Koronavirus yeni virus deyil və çoxdan Yer üzündə var. Alimlərin sözlərinə görə, mövsümi virus xəstəlikləri içində koronavirus da zaman-zaman olub. Orta statisti rəqəm götürsək, 50% əhali artıq koronavirusu bədənindən keçirib. Düzdür bu indiki Covid nöcü olmasa da, hər halda eyni təbiətli virusdur. Ona görə bu adamlar indi virusa yoluxmaya bilər.
Almaniyada keçirilmiş bir tədqiqatda 1000-dən yuxarı insanın üzərində aparılmış analizlər göstərdi ki, bu adamların 30%-də koronavirusa qarşı immunitet vardı. Baxmayaraq ki, onlar hələ virusa yoluxub xəstələnməmişdilər.
3. T –hüceyrələr
Bu hüceyrədaxili immunitetdir. T hüceyrələr virusu tanıyır və xatırlayır. Bu hüceyrələr C4 – CD8 adlanır. Kimdə bu hüceyrələr varsa, onlarda koronavirusa qarşı güclü immun cavab var. Məsələn, indi yoluxanların içində T hüceyrələri aktv olanlar, 7 il ərzində bu virusa qarşı immunitet qazanmış olub.