Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Nəyə görə beyinə şokolad “yedizdirməlisiz”?

  • 2023.09.13 16:57
  • 2121 Baxış
Nəyə görə beyinə şokolad “yedizdirməlisiz”?
Tədqiqatlar göstərib ki, hazırda satışda olan rafinə edilmiş və yağlar əlavə olunmuş şokoladlar nikotin kimi beyinə təsir edib asılılıq yaradır.


Şokoladın reputasiyası düşsə də, alimlər yenə də qara, təmiz şokoladın beyinə lazım olunduğunu iddia edir.


“Medicina” xəbər verir ki, həkim nutrisoloq İqor Strokov qara şokoladın beyinə təsirini açıqlayıb.


“Bütün şokolad növlərindən yalnız tünd, qara şokolad minimum emal olunmuşdur və balanslı qidalanmaya daxil edilə bilər. 70% kakao tərkibli bu şokoladda yağ və şəkər azdır, kakaoda isə flavanoidlər çoxdur. Bu maddələr beyin və ürək-damar sistemi üçün əvəzsizdir. Hətta diabet və xərçəngin qarşısını ala bilər.


Kakao tozu qarağat və nardan da güclü antioksidantdır. O meyvədən də faydalıdır. Təmiz kakao isə qara şokoladda var.

Bu şokoladı yedikdə, beyində endorfinlər artır, nəticədə stress azalır, əhval yüksəlir, ağrı hissi azalır.
Tünd şokolad triptofan, serotonin mənbəyidir.

Ona görə beyin şokoladı sevir və arada bunu ona vermək lazımdır.

Tünd şokolad yaddaş və koqnitiv funksiyaları yaxşılaşdırır, problemləri daha düzgün həll etməyə beyini səfərbər edir”.

Aygün Musayeva