Azərbaycan xəritədə və kosmosdan çəkilişdə uçan qartal fornasında görünür. Xəzərə keçən baş hissəsində isə Abşeron yarımadası yerləşir. Əsrlər boyu bu görüntüyə müxtəlif izahlar verilib, Azərbaycanın qartal kimi məğrur, uca və güclü olmasına işarət olduğu deyilib.
Medicina.az-a açıqlamasında Azərbaycanın tanınmış elmi astroloqu Gülarə Səmədova qartal formasının astroloji izahını verib. Qartal simvolik deyil, həqiqətən bir ölkə və xalq olaraq bizim yolumuzdur.
"Azərbaycanın böyük hissəsi Əqrəb bürcünün təsiri altındadır. Azərbaycan müqəddəs torpaqdır. Bizim qoruyucu mələklərimiz də çoxdur. Ümumiyyətlə, Əqrəb enerjisi 4 fazadadır.
Azərbaycanın 4 seçim imkanı var.
1- Əqrəb - kərtənkələ. Çox aqressivdir, bir söz desən hücum edib sancacaq. Zəhərlidir. Qisascıldır.
2- Əqrəbin özü. Super eqosu var. Özünü günahkar bilir. Hər şeyi öz üzərinə götürür, hətta özü-özünü məhv edər.
3- Əqrəb- Qartal. Burda artıq qartalın mənası, məqsədi açılır. Deməli, bizim ali fazamız odur. Biz yüksəlməliyik, xırda, mənasız şeylərə əhəmiyyət verməməliyik, qadanlarımızı geniş açıb yüksəkdə uçmalıyıq. Qartal nəhəng potensial, gücdür. Kərtənkələdən qartala gedən yol bütünlükdə Azərbaycandır. Ona çatmağımıza hələ var.
4- Ən ali dərəcə Əqrəb - göyərçin. Bu, artıq müqəddəslikdir, ilahilikdir. Allaha inanan insanlar bu torpaqda çoxalmalıdır. Bizim torpaqlarda həmişə dua edən insanlar olub. Güclü dinlər burda yaranıb. Nə qədər bizim ərazidə İlahiyə bağlı, təmiz, dua edən qəlblər olacaq, bir o qədər Azərbaycan güclənəcək.
Azərbaycan xalqı elə yol tutmalıdır ki, kərtənkələdən qartala qalxsın. Nə qədər tez nəticələr çıxarıb, qorxu əsarətindən çıxsaq, bir o qədər tez xilas olacağıq.
Əfşarlar imperyası
Yalan danismaq neye lazimdi. Azerbaycanimizin Cenubun Qerbin Simalin bir sozle isgal edilmis torpaqlarim bir anliq butov sekilde fikirlesir. Qartalami oxsuyacaq?
Jsygajh