Dünyada müxtəlif ölkələrdə vaksinasiya faizi artsa da, yoluxma dalğaları hələ də səngimir. Yoluxanlar arasında 2 doza vaksin olunanlar var. Bundan sonra yoluxanların çoxu vaksin olunanlar olacaq, bu belə də olmalıdır.
Axı keçən ilə nisbədən bu il insnaların yarıdan çoxu vaksin olunub. Virus vaksin olunmuş insandan 100% uzaq durmur. Ona görə bundan sonra vaksin olunanlar arasında yoluxma adi hala çevriləcək.
Medicina.az xəbər verir ki, Birləşmiş Krallığın alimləri 2 elmi tədqiqatla peyvənd olunanların virusa yoluxma səbəblərini açıqlayıblar.
Sübut olunub ki, vaksin olunanlarla olmayanların burnunda virus miqdarı və yükü heç də fərqlənmir, hər iki kateroqirya bir-birini yoluxdura bilər.
Kovid əleyhinə vaksindən sonra yaranan immunitet-antitel göstəricisi 4-6 ay ərzində zəifləyib itir.
Eyni zamanda kontagioz Delta ştammı dövr etməkdədir, o vaksin baryerini aşır, antiteli zəifləmiş immunitet asanlıqla virusu keçirir.
İsrail alimlərinin məlumatları da bunu sübut edib ki, İsraildə Delta ştammının yayılmasının və yoluxmanın artmasının səbəbi də 2020-di ildə vaksinasiyaya başladıqları üçün 2021-ci ildə 6 ay keçdiyinə görə peyvənd olunanların immunitetinin zəifləməsi oldu.
Delta dalğasında xəstəxanaya yerləşdirilənlərin 88%-i yaşı 60-dan yuxarı olanlar idi. Gənclər və orta yaşlıları peyvənd effektiv olaraq ağırlaşmadan qorudu. Bu problem bütün pandemiya boyu bütün ölkələrin problemi olacaq. İmmuniteti zəifləmiş insanlar kovidin real qurbanıdır və hələ ki, xəstəxanalar tam boşalmayacaq.
İsrail bu yoluxma dalğasında ağırlaşan və ölən xəstələrin 80%-nin vaksin olunmayan insanlar olduğunu deyir.
İmmunitetin zəifləməsi əlavə olaraq dozaların vurulmasını zəruri edir, növbəti 2-3 ildə nə qədər ki, virus aramızdadır, təkrari dozalanma, peyvəndlənmə də qüvvədə olacaq. Yaşı yüksək olanlar və imminiteti zəifləyənlər 3-6 ay ərzində təkrari doza almalıdır.