Nevroz xəstəliyinin qəribə, yeni bir simptomu elan edilib.
“Medicina” xəbər verir ki, kardioloq Anna Koreneviç bu simptomun ürəyə zərərli olduğunu bildirib.
“Hətta sağlam həyat tərzi keçirən insanda belə qəfildən təzyiqin yüksəlməsi baş verir. Nevrozlarda təzyiq “oynaması” daha çox olur.
90% hallarda insan özünü çox pis hiss edir, amma təzyiq xəstəsi olmadığı üçün dərmanı olmur.
Hətta qəhvə, alkoqol içməyənlərdə, idmanla məşğul olanlarda da təzyiq anidən yüksəlir. Bu zaman insanlar çox qorxur.
Bunun səbəbi nevroz, həyəcan atakı zamanı qana adrenalinin çox sıçramasıdır.
Bu halda xəstəyə başqa dərmanlar təyin olunur ki, adrenalinin qarşısını alsın.
Belə artım o halda azalır ki, xəstə özünü sakitləşdirsin.
Beyin və hisslər lazımsız, çox artıq yüklənəndə neqativ və həyəcandan adrenalin sıçrayışları istənilən an, ən uyğunsuz vaxtda belə özünü göstərə bilər.
Müalicə üçün general təmizləmə, psixoloji müalicə lazımdır. Şüur və şüuraltı, neqativ düşüncələrlə işləməlisiz”.
Aygün Musayeva