Əsəbləri yerində olmayanlar üçün şərabda qaynadılmış qara gavalı dərmandır.
1 stəkan qara gavalını emallı qaba yığıb, üzərinə yarım litr Kaqor şərabı əlavə edib, qapaqla örtüb, orta odda qızdırılır. Elə ki, qapağın içində spirt damcıları yarandı,qab oddan götürülür. Bura 7 ədəd qara istiot dənəsi, 4 ədəd mixək, 1 dəfnə yarpağı atılır, qapağı kip bağlanır və soyudulur.
Sonra süzülür və bu içki gündə 30 ml olmaqla içilir.