VSD deyilən diaqnoz çox insanlara deyilir. Adətən belə adamlarda yalançı simptomlar olur.
Bu vəziyyət olduqca narahatvericidir.
"Medicina" xəbər verir ki, kardioloq Aleksandr Kukarskiy distoniyanın stress hormonlarının aktivləşməsi səbəbindən baş verdiyini bildirib.
"Orqanizmin stresə cavab olaraq hormonların təsirindən bəzi funksional pozulmalar baş verir. Bunlara nevroloji, kardioloji, ağciyərlər daxildir.
İnsan güclü ürəkdöyünmə, təzyiqin qalxması, təşviş, panika, tərləmə, təngnəfəslik, boğulma, titrəmə, boğazda kirəclənmə hiss edir. Ona elə gəlir ki, ürəyi xəstədir, ya nəfəsi çatmır.
Bunların hamısının səbəbi stress hormonunun qanda daim aktiv olmasıdır.
Belə distoniyası olan insanlar ilk növbədə stresi, təşvişi, gərginliyi azaltmalıdır.
Onlara psixiatr, nevroloq, psixoloq müalicəsi lazımdır. İnsan neqativ informasiyadan uzaq durmalı, mühitini dəyişməli, yaxşı qidalanmalı, 8 saat yatmalı, açıq havada çox olmalıdır.
Eləcə də sedativ-sakitləşdirici terapiya aparılır.
Bu dərmanları həkim təyin edir. Əgər dərmanlar az təsir edirsə, psixoterapevtə müraciət olunmalıdır.
Aygün Musayeva