Nevroz və panik atakın əsas formaları - Tam müalicə mümkündürmü? -VİDEO
Nevroz və panik atakın əsas formaları - Tam müalicə mümkündürmü? -VİDEO
2019.09.23 18:43
9229 Baxış
- Müasir gərgin həyat nevrotik pozulmaların artmasına səbəb olur!
Bəzən buna laqeyd yanaşsaq da, bilməliyik ki, düzgün diaqnoz qoyulub müalicə olunmayan nevroz ağır fəsadlara gətirə bilər
Medicina.az xəbər verir ki, nevrozun aşağıdakı formaları var: nevrasteniya, sarışan hallar nevrozu və isterik nevroz.
Nevrasteniya (uzun sürən stress, psixotravma və s. nəticəsində yaranan patologiya) özünü aşağıdakı əlamətlərlə göstərir: sinirlənmə, yaddaş, diqqət zəifliyi, qəzəb, kövrəklik, tez-tez ağlamaq, yorğunluq, vissero-vegetativ pozulmalar; əsasən alın-gicgah nahiyəsində sıxıcı xarakterli baş ağrısı, ovuc, ayaq altında tərləmələr, ürək nahiyəsində sancı, qəbizliyə meyillik, əllərdə əsmə, göz qapaqlarında titrəmələr, yuxusuzluq olur.
Sarışan hallar nevrozunda (obsessiv kompulsiv pozuntu) – sarışan fikirlər, sarışan hərəkətlər xəstələrin daxili gərginliyini artırır, onu yorur, qərarsız edir, onda şübhə, qorxu yaradır. Məsələn, atdığı addımları sayır, avtomobillərin nömrələrini toplayır, yazdığı cümlənin axırına bir neçə nöqtə qoyur, inamsız olur, evdən çıxarkən qazı işığı söndürdüyünü, qapını açarla bağladığını unudur, tez-tez pis xatirələri yada salır. Belə insanlarda sarışan qorxular, fobiyalar olur: xərçəngə tutulma qorxusu – kanserofobiya, ölüm qorxusu – tanatofobiya, oksifobiya – iti əşya, məsələn, bıçaq görəndə qorxur ki, kimisə yaralayar, mizifobiya – çirklilikdən, infeksiyadan qorxub tez-tez əllərini yuyurlar. Davamlı gərginlik, əzabverici, emosional fon xəstəni daim həyəcanlı vəziyyətdə saxlayır, öz doğmalarını itirmək qorxusu onları daim qorxu içində saxlayır, iş qabiliyyətini pozur, sosial dezadaptasiyaya gətirir.
İsterik nevroz – funksional pozulma olub, müxtəlif nevroloji və somatik xəstəliklərin simptomları ilə özünü büruzə verir. Uşağı eqoist, çətinlik, zəhmət çəkmədən böyütdükdə, o, çətin şəraitə düşdükdə uyğunlaşa bilmir, fiziki, psixi yüklənməyə dözə bilməyib isterik nevroza məruz qalır. Ən çox cavan nəsildə özünü göstərir, psixi, vegetativ və sensor pozulmalar ilə təzahür edir. Belə insanlarda isterik ürək getmələr, qıcolma tutmaları, isterik amneziya (yaddaşın itməsi), psevdoiflic, isterik hamiləlik, mutizm (nitqin olmaması), afoniya (səsin batması), karlıq, korluq, isterik ağrı, ya anesteziya (hissiyatın tam itməsi), udmanın pozulması, qusma, hıçqırıq, yazı yazarkən və ya piano çalarkən əl barmaqlarında spazm, gecə enurezi, lunatizm (gecə gəzmək) və s. əlamətlərlə özünü göstərir.
Xroniki psixoloji vəziyyət xəstələrdə depressiyaya, özünəqəsd halına gətirə bilər. Uzun müddət stresli həyat yaşamaq xroniki yorğunluq sindromuna, vaxtından əvvəl qocalmaya səbəb olur. Nevroz funksional xəstəlik olsa da, bu xəstələr çox əzab çəkir, bir neçə həkim dəyişməli olur.
Müalicə
Bioloji Təbabət insan orqanizminə ayrı-ayrı orqanların toplusu kimi deyil, bir bütöv kimi yanaşır. Xolistik adlanan bu yanaşma sinir pozulmasını təhrik edən istənilən amilin (qeyri-stabil həyat tərzi, stress, yanlış qida və yuxu rejimi) aradan qaldırılmasına, yaranmış fəsadların bioloji terapiyanın (biotənzimləyici, izopatiya, ortomolekulyar, homeosiniatriya, osteopatiya, fizioterapiya və s.) köməyilə ləğvinə yönəlir. Müalicə məqsədi ilə Almaniya istehsalı olan kiçik dozalı (potensiyallaşmış), zəngin və təbii tərkibli, əlavə təsiri olmayan preparatlardan istifadə olunur.
BİOLOJİ TƏBABƏT KLİNİKASI
Bakı: 3 mkr., Pişəvəri küç. 110 (Cavadxan küç 24), M. Əcəmi m.st yaxınlığında