Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Nevroz və panik atakda hansı analizlər verilməlidir?

  • 2022.07.20 15:04
  • 4441 Baxış
Nevroz və panik atakda hansı analizlər verilməlidir?

Hazırda bir çox insanlarda müşahidə olunan nevroz, nevrotik hal, depressiya və panik atak bəzən orqanizmdə fizioloji probılemlərdən də qaynaqnala bilər.

Hər şey heç də həmişə emosiyalardan qaynaqlanmır.

Patoloji dəyişiklikləri istisna etmək üçün bu insanlar bəzi analizlərdən keçməlidir.
Bakupost.az həmin müayinələri təqdim edir.


İlk növbədə qanın, sidiyin ümumi və biokimyəvi analizi verilməlidir.
Əsas hormonlar - TTH, sərbəst T3, T4 yoxlanmalıdır.

Qanda kortizol, sidikdə noradrenalin, adrenalin, qanda albumin, ümumi zülal, sidik turşusu, kreatin, AST, ALT, bilirubin, qlükoza, triqliseridlər, xolesterin, eləcə də əsas vitamin minerallar - D vitamini,

kalsium, maqnezium, kaliy, yod yoxlanmalıdır.

Çünki bu vitamin mineralların əskikliyi nevroza bənzər əlamətlər verir.
Eləcə də böyrək problemi, zülal yetməzliyi, şəkərli diabet də insanın emosional durumuna təsir edir.


Aygün Musayeva
BakuPost