Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Nevroz qadınların fiziki aktivliyini azaldır

  • 2023.07.19 17:04
  • 1886 Baxış
 Nevroz qadınların fiziki aktivliyini azaldır
Şəxsiyyət xüsusiyyətləri bəzi insanların niyə fiziki cəhətdən aktiv, digərlərinin isə aktiv olmadığını anlamağa kömək edir.

Belə ki, yüksək nevrotiklik qadınların fiziki fəaliyyətini azaldır.

“Medicina” xəbər verir ki, Finlandiya Universitetinin Gerontologiya Tədqiqat Mərkəzi və İdman və Sağlamlıq Elmləri Fakültəsinin elmi işi göstərir ki, şəxsiyyətin rolu fiziki fəaliyyətin necə ölçülməsindən asılı olaraq dəyişə bilər.


Alimlər iki şəxsiyyət xüsusiyyətinə diqqət yetiriblər: ekstraversiya və nevrotiklik. Ekstraversiyada yüksək bal toplayan insanlar adətən açıq, aktiv olurlar. Yüksək nevrotizm balları narahatlıq və təəssüflənmə kimi mənfi təcrübələrə meylli olduğunu göstərir.

Nəticələr göstərib ki, yüksək ekstraversiya və aşağı nevrotiklik orta yaşlı qadınlarda daha çox fiziki fəaliyyətlə əlaqələndirilir.

Nevrotiklik göstəriciləri yüksək olan qadınlar daha az fiziki fəaliyyət göstərdilər.

Fiziki fəaliyyət menopozal qadınların psixi vəziyyətini yaxşılaşdırır. Ona görə daimi fiziki fəaliyyət qadınlar üçün vacibdir.

Günay Quluzadə