Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Nevroz, əsəb, stresə qarşı - Bitki cövhərləri

  • 2021.07.26 18:24
  • 3820 Baxış
Nevroz, əsəb, stresə qarşı  - Bitki cövhərləri


Koronavirus olmasa da, məni stress, gərginlik, evdə qalmaq, əsəb, gərginlik öldürəcək deyənlərin sayı artır. Hər karantin rejimi gücləndirildikcə evdən çıxmaq şansı azalır. Bu qədər stress, panika, gərginlikdən necə xilas olmalı.


Medicin.az apteklərdə ən ucuz, köhnə vasitələri xatırladır və onlar haqqında ətraflı məlumatı təqdim edir.
Qeyd edək ki, bu vasitələr hamilələr, uşaqlar üçün uyğun deyil. Dozanı aşmaq və gün ərzində dəfələrlə istifadə etmək olmaz.

1. Yemişan (boyarışnik) cövhəri


Spazmalotik, damar genişləndirici, hipotenziv təsir edir, venoz təzyiqi qaydaya salır, ürəyin damar keçiriciliyini yaxşılaşdırır.
Kİmlərə olar: ürək fəaliyyəti pozulanlar, təzyiq xəstələri, anqionevrozlar, taxikardiya, klimakterik nevroz, səbəbsiz panika, nevrozlar, yuxu pozulması, ürək çırpınması, nevrotik tutmalar

Bir azca suya 10-15 damcı qatıb gündə 1-2 dəfə içmək olar

2. Valerian cövhəri


Göstərişləri: həddən artıq əsəbi oyanıqlıq, nevroz, yuxusuzluq, əsəbə bağlı mədə-bağırsaq spazmları, baş ağrıları, nevrotik ürək sancıları,ürək-damar nevrozları,isteriya, psixoz

3. Pion bitkisi cövhəri

Bu möcüzə vasitə distoniya, vegetativ distoniya, nevrozlar, depressiya, əsəb gərginliyi, yuxusuzluq, hipertonik krizlərdə əla təsir edir.

Təzyiqi aşağı olanlar ehtiyatlı olsun. Pion cövhərinin effektini hiss etmək üçün azı 1 ay istifadə etmək lazımdır.

4. Korvalol

Təcili yardımın sevimli dərmanı. Bir çox həkimlər ona qarşıdır. Çünki çox asılılıq yaradır. Amma taxikardiya, nevroza bağlı ürək tutmaları, panik atak, nevroz, psixoloq, yuxusuzluq, əsəb partlayışı zamanı, hətta ölümdən qorxu fikirləri gəldikdə korvalol suya 15-20 damcı qatıb qəbul edin.

Bu dərman asılılıq yaradır və ürək ritmini sakitləşdirir. Ona görə gündə istifadəsi məsləhət deyil.

Aptekdə hələ ki, ucuz və əlçatan olan bu vasitələrdən bir-ikisini hər gün içsəniz, karantində əsəblərinizi bir o qədər qorumuş olarsınız.